Akif Ağayev: Masallıda dördqat dünya çempionu ilə görüş keçirilib (+FOTO=8)

Akif Ağayev: Masallıda dördqat dünya çempionu ilə görüş keçirilib (+FOTO=8)

Akif Ağayev: Masallıda dördqat dünya çempionu ilə görüş keçirilib

 

Masallıda, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində dördqat dünya çempionu Rəşid Rəşidli və idmançılarla məktəblilərin görüşü keçirilib.

 

Tədbirdən əvvəl Ulu öndər Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Parkındakı “Şəhidlər abidə-kompleksi” ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

 

Yanvarın 26-da, Masallı şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə məktəblilərlə yanaşı rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, qazi və idmançılar iştirak ediblər.

 

Tədbir Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

 

Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğıdan danışıb, “Çempionumuz” sosial idman layihəsi haqqında məktəblilərə məlumat verib.

 

Rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov çıxışlarında ölkəmizdə idmanın inkişafından bəhs ediblər, idmançılara gələcək yarışlarda uğurlar arzulayıblar.

 

Sonda idmançılar məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlarla xatirə şəkilləri çəkdiriblər.

 

Məlumat üçün bildirək ki, Rəşidli Rəşid Rəssam oğlu 1993-cü ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 1999-cu ildən karate-Do idman növü ilə məşğul olmağa başlayıb. İlk uğurunu Bakı şəhərində - Xətai rayonu 59 saylı tam orta məktəbində oxuyarkan qazanıb. 2005-ci ilə kimi respublika yarışlarında iştrak edib. 2008-ci ildən kinq-boksinq idman növü ilə məşğul olub, respublika çempionatında və Bakı birinciliyində uğurlu nəticələr əldə edib. 2011-ci ildə Gürcüstan Respublikasında kinq-boksinq üzrə keçirilən beynəlxalq turnirin, 2012-ci ildə Türkiyədə keçirilən dünya çempionatının qalibi olub. 2013-2014-cü illərdə hərbi xidmətdə olduğu vaxtlarda bir çox yarışlarda nailiyyətlər əldə edib. 2014-cü ildə Gürcüstan Respublikasında kinq-boksinqin K-1 versiyası üzrə, Ukraynada keçirilən muay-tay versiyası üzrə beynəlxalq turinirlərin qalibi olub. Bu yarışlardan sonra ayağından aldığı zədə səbəbindən iki il idmanla məşğul ola bilməyib. 2017-2018-ci illərdə ölkəmizdə keçirilən dünya çempionatlarının qalibi kimi kəmərə sahiblənib. 2019-cu ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Budo döyüşü üzrə beynəlxalq turnirin, 2021-ci ildə Azərbaycanda keçirilən peşəkar liqa yarışının qalibi adını qazanıb. Elə həmin il Türkiyənin Antaliya şəhərində Tay-Kinq Vale Tudo döyüş növü üzrə keçirilən dünya çempionatının qızıl medalına sahib olub.

 

Akif AĞAYEV,

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]