24 yanvarda şəhid olan alimlər yad edilib +FOTO=4

24 yanvarda şəhid olan alimlər yad edilib +FOTO=4

24 yanvarda şəhid olan alimlər yad edilib 

 

AMEA-nın Polimer Materialları İnstitutunun alimləri 32 il əvvəl şəhid olan alimləri yad ediblər. Qanlı Yanvar faciəsindən sonra yanvarın 24-də alimlərin amansızlıqla qətlə yetirildikləri Bakı-Quba yolundakı xatirə abidəsinə hər il ziyarət təşkil olunur. Yolun 24-cü kilometrliyində qoyulan anım lövhəsi elm adamlarının ziyarət yerinə çevrilib.

 

Şəhid olan görkəmli alimlərin – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun, eləcə də bu hadisədə ağır yaralanan Parlaq Mustafayeva və İdris Əhmədovun xatirələri institut əməkdaşları tərəfindən hər zaman yad ediləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]