Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (+FOTO=2, +VİDEO)

Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (+FOTO=2, +VİDEO)

Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (+FOTO=4, +VİDEO)

 

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.
Komandolar maneələr zolağından keçid açma, eləcə də sərt iqlim şəraitində, kəskin relyefli ərazilərdə müxtəlif yerdəyişmə üsullarını məşq ediblər.
Təlimdə yaşayış məntəqələrində müqavimət göstərən şərti düşmən qüvvələrinin zərərsizləşdirilməsi üzrə taktiki fəaliyyətlər icra olunub.
Komandolar qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Qeyd edək ki, keçirilən təlim-məşqlərinin əsas məqsədi Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]