Yığmamızın üzvünün Türkiyə Superliqasındakı debütü uğurlu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yığmamızın üzvünün Türkiyə Superliqasındakı debütü uğurlu olub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycanın qadın voleybol yığmasının üzvü Yelizaveta Səmədova Türkiyə Superliqasında mübarizə aparan "Bolu Bələdiyyəspor" klubunda debüt matçına çıxıb. Xatırladaq ki, "Bolu" 16-cı tur çərçivəsində öz meydanında "Mert Qrup Sığorta" klubunu qəbul edib. Səmədovanın da qatıldığı həmin oyunda "Bolu" qalib gəlib - 3:1. Maraqlıdır ki, oyunda debüt edən Səmədova özünün və komandasının aktivinə 17 xal yazdırıb. Yeri gəlmişkən, bu klubda Səmədova ilə yanaşı, yığmamızın daha bir üzvü - Alena Xarçenko da forma geyinir. O isə həmin oyunda 9 xalla yadda qalıb. Beləliklə, 16 oyundan sonra 17 xal toplayan "Bolu" turnir cədvəlində 10-cu yerdədir.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

