Məmmədyarov Veyk-An-Zeedə 3-cü qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Veyk-An-Zeedə 3-cü qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov Veyk-An-Zeedə 3-cü qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarovun da iştirak etdiyi ənənəvi "Tata Steel Chess" super şahmat turniri davam edir. Hazırki dünya çempionu Maqnus Karlsen də daxil olmaqla planetin 14 ən yaxşı qrossmeysterinin iştirak etdiyi tunirda daha bir tura yekun vurulub. Sayca 8-ci olan bu tur həmyerlimiz üçün uğurlu olub. Belə ki, hesabat turunda hindistanlı Rameşbabu Pranqanantxa ilə qarşılaşan Məmmədyarov oyunun 46-cı gedişində rəqibini mat qoyub. Bu onun Veyk-An-Zeedə 3-cü qələbəsi olub. Bu qələbədən sonra aktivindəki xalların sayını 5,5-ə çatdıran Məmmədyarov onunla eyni xal ehtiyatına malik olan dünya çempionu Maqnus Karlsenlı birlikdə yarış cədvəlinin şərikli liderinə çevrilib. Bu gün turnirdə fasilə olub. Sabah 9-cu turla turnir davam edəcək. 9-cu turda Məmmədyarov turnirə şərikli liderlik etdiyi dünya çempionu Karlsenlə qarşılaşacaq. Matçın favoriti bütün hallarda Karlsendir. Bununla belə biz Məmmədyarova bu çətin dueldə uğurlar arzulayırıq.
8 turdan sonra yarış cədvəlində vəziyyət belədir:

 

1-2. Maqnus Karlsen (Norveç), Şəhriyar Məmmədyarov - hərəyə 5,5 xal, 3-4. Aniş Qiri (Hollandiya), Vidit Santoş Qucarati (Hindistan) - hərəyə 5 xal, 5. Rixard Rapport (Macarıstan) - 4,5 xal, 6-9.Sergey Karyakin (Rusiya).Yorden Van Forest (Hollandiya), Fabiano Karuana (ABŞ), Andrey Yesipenko (Rusiya) - hərəyə 4 xal, 10-11. Yan-Kşiştof Duda (Polşa), Samuel Şenklend (ABŞ) - hərəyə 3,5 xal, 12. Daniil Dubov (Rusiya) - 3 xal, 13. Rameşbabu Praqqanantxa (Hindistan) - 2,5 xal, 14. Nils Qrandelius (İsveç) - 2 xal.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]