Məmmədyarovun növbəti heç-heçəsi onu ikinci pilləyə salıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarovun növbəti heç-heçəsi onu ikinci pilləyə salıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "TataSteelChess" super şahmat turniri davam edir. Dünya çempionu Maqnus Karlsen də daxil olmaqla 14 qrossmeysterin dairəvi sistem üzrə mübarizə apardığı turnirdə sayca 7-ci olan daha bir tur geridə qalıb. İlik 6 turun 4-nü sllhlə, 2-ni isə qələbə ilə bitirən Məmmədyarov hesabat turunda macar şahmatçı Rixard Rapportla qarşılaşıb. Qara fiqurlarla oynayan həmyerlimiz matçın 29-cu gedişində xal bölgüsünə razılaşıb. Bu xal itkisi onu şərikli liderlik postundan ikinci pilləyə salıb. Turu qələbə ilə başa vuran dünya çempionu Karlsen isə vahid liderə çevrilib.
Bu gün turnirdə 8-ci turun partiyaları baş tutacaq. Məmmədyarov bu turda ağ fiqurlarla hindistanlı Rameşbabu Praqqnanantxa ilə qarşılaşacaq. Məmmədyarovun reytinq göstəricisinə görə 4-cü və hazırda yarış cədvəlində ikinci, rəqibinsə reytincə iştirakçılar arasında 14-cü və yarış cədvəlində 13-cü olduğunu nəzərə alsaq onda həmyerlimizi bu qarşılaşmanın favoriti hesab etmək olar.
7 turdan sonra yarış cədvəlində vəziyyət belədir:
1. Maqnus Karlsen (Norveç) - 5 xal, 2. Şəhriyar Məmmədyarov - 4,5 xal, 3-6. Aniş Qiri (Hollandiya), Rixard Rapport (Macarıstan), Vidit Santoş Qucarati (Hindistan), Andrey Yesipenko (Rusiya) - hərəyə 4 xal, 7-9. Sergey Karyakin (Rusiya). Yorden Van Forest (Hollandiya), Fabiano Karuana (ABŞ) - hərəyə 3,5 xal, 10-11. Yan-Kşiştof Duda (Polşa), Samuel Şenklend (ABŞ) - hərəyə 3 xal, 12-13. Daniil Dubov (Rusiya), Rameşbabu Praqqanantxa (Hindistan) - hərəyə 2,5 xal, 14. Nils Qrandelius (İsveç) - 2 xal.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

