Alimlər qara dəlikərin sayının ehtimal olunandan daha çox olduğunu müəyyən edib

Alimlər qara dəlikərin sayının ehtimal olunandan daha çox olduğunu müəyyən edib

Alimlər qara dəlikərin sayının ehtimal olunandan daha çox olduğunu müəyyən edib 

 

Alimlər massiv ulduzların ömrünün sonunda yaranan, kütlələri bir neçə yüz Günəş kütləsi arasında olan qara dəliklərin sayı haqqında yeni elmi tədqiqatlar aparıblar.

 

Professor Andrea Lapi və Lumen Bokonun rəhbərliyi ilə SİSSA-da bu mövzu üzərində çalışan alimlərin müasir astrofizika və kosmologiyada ən aktual məsələlərdən biri olan qara dəliklərin sayı ilə bağlı "The Astrophysical Journal"da məqaləsi dərc olunub. Yenicə dərc olunmuş seriyanın ilk məqaləsində müəlliflər qara dəliklərin demoqrafik göstəricilərini araşdırıblar. Son nəzəriyyələrdə Kainatın ümumi adi (barionik) maddəsinin təxminən 1%-nin qara dəliklərə aid olduğu hesab olunurdu. Lakin yeni araşdırmalara görə hazırda müşahidə oluna bilən Kainatdakı qara dəliklərin sayının təxminən 40x1018 olduğu aşkar edilib.

 

Müəlliflərinin qeyd etdiyi kimi: "Bu mühüm nəticə SISSA-nın əməkdaşı Dr. Mario Spera tərəfindən hazırlanmış ən müasir ulduz və qoşa sistemlərin təkamülünü birləşdirən SEVN kodu vasitəsilə uyğun tədqiqatlar üçün orijinal yanaşma sayəsində əldə edilmişdir". Hesablamalar üçün qalaktikaların uyğun fiziki parametrləri, ulduzəmələgəlmə prosesinin tempi, ulduz kütləsinin miqdarı, ulduzlararası mühitin metallikliyi nəzərə alınaraq qara dəliklərin sayı və bütün Kainat boyunca necə paylanmasını almışlar. Aleks Sisiliyanın sözlərinə görə bu kosmologiya tarixində qara dəliklərin kütləsinin ilk və ən güvənli üsulla hesablanmış qiymətidir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]