Lənkəranda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub -AZpress.AZ+(Ağaddin Babayev, +FOTO=6)

Lənkəranda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub -AZpress.AZ+(Ağaddin Babayev, +FOTO=6)

 Lənkəranda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub-AZpress.AZ+(Ağaddin Babayev, +FOTO=6)

 

Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi olmuş 1990-cı ilin qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da geniş qeyd olunub. Şəhər və rayonun ali, orta ixtisas və ümumtəhsitəhsil məktəblərində, səhiyyə və mədəniyyət müəssisələrində müxtəlif səpkili toplantılar, görüşlər keçirilərək hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilib.

 

AZpress.AZ xəbər verir ki, yanvarın 20-də isə səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri Zəfər bayramı ərəfəsində başdanbaşa yenidən qurularaq üzərində şəhidlərin şəkilləri əks olunmuş qara lövhələrlə əhatələnmiş “Şəhidlər Xatirə abidə kompleksi”ni ziyarət edib önünə tər çiçəklər düzərək azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini dərin ehtiram hissi ilə anıblar.
Mərasim zamanı şəhidlərin ruhuna dualar oxunub. Sonra İcra başçısı abidə önundə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüşərək söhbət edib, onların qayğıları ilə maraqlanıb.

 

Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]