LƏNKƏRAN DÖVLƏT DRAM TEATRINA YENİ BAŞ REJİSSOR TƏYİN OLUNUB -(AZpress.AZ-Ağaddin Babayev+FOTO=10)

LƏNKƏRAN DÖVLƏT DRAM TEATRINA YENİ BAŞ REJİSSOR TƏYİN OLUNUB -(AZpress.AZ-Ağaddin Babayev+FOTO=10)

LƏNKƏRAN DÖVLƏT DRAM TEATRINA YENİ BAŞ REJİSSOR TƏYİN OLUNUB-(AZpress.AZ-Ağaddin Babayev+FOTO=10) 

 

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Anar Sadıqov Lənkəran Dövlət Dram Teatrının baş rejissou vəzifəsinə təyin olunub. AZpress.AZ xəbər verir ki, yanvarın 19-da A.Sadıqov teatrın kollektivinə təqdim olunub.

 

Onu kollektivə Mədəniyyət Nazirliyinin əməkdaşları Könül Əliyeva-Cəfərova və Günay Hümbətova təqdim ediblər.

 

Teatrın direktoru Tofiq Heydərov çıxış edərək yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstəriləcəyini, yaradıcı kollektivin A.Sadıqov kimi gənc, perspektivli gənclərə böyük ümid bəslədiyini bildirib.

 

Sonda A.Sadıqov ona göstərilən etimada görə təçəkkürünü çatdıraraq üzərinə düşən vəzifənin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgməyəycini bildirib.

 

Qeyd edək ki, Anar Babalı oğlu Sadıqov 1986-cı ildə Bakı şəhərində anadan olub. 1993-2004-cü illərdə Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbdə oxuyub. 1995-2000-ci illərdə Zabrat qəsəbəsində yerləşən 32 saylı Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə təhsil alıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olaraq 2009-cu ildə Universiteti fərqlənmə diplomu ilə bitirib.

 

2009-2010-cu illərdə Rəhman Əlizadənin yaratdığı Satira Teatr Studiyasında aktyor, 22 fevral 2010-01 iyun 2011-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında rejissor və aktyor kimi çalışıb. İ.Məlikzadənin “Hərənin öz ulduzu” əsərinə quruluş verib. 08 sentyabr 2011-07 yanvar 2011-ci illərdə Maştağa qəsəbəsində yerləşən H.A.Abbasov adına Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Uşaq” dram dərnəyinin rəhbəri vəzifəsində işləyib. 2011-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə Moskvada keçirilən Çexov Festivalı ərəfəsində masterklass dərslərində iştirak edib. 2012-2013-cü illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında köməkçi rejissor vəzifəsində işləyib. İ.Əfəndiyevin “Boy çiçəyi”, Maks Frişin “Don Juan və həndəsəyə məhəbbət” tamaşalarında rejissor assistenti olub.

 

A.Sadıqov 2013-ci ildə Trem Tv Productionda köməkçi rejissor vəzifəsində işləyib. 07 yanvar 2014-01 fevral 2016 -cı illərdə isə Azərbaycan Dövlət Musiqili Dram Teatrında O.Kazımi və R.Heydərin “Qızıl toy”, Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, A.Sadıqovun “Yatmış gözəl və cırtdanlar” (eyni zamanda ssenari müəlifi), T.Vəliyevanın “Mən dəyərəm min cavana”, S.Rəhmanın “Əliqulu evlənir”, E.Sabitoğlu, Y.Şvartsın “Qırmızı Papaq” tamaşalarında rejissor assistenti vəzifəsində çalışıb.

 

2016-cı ildən Akademik Milli Dram Teatrında rejissor vəzifəsində işləyib. Bu sənət ocağında A.Sadıqovun “Keçəlin şahlığı”, “Aldanmış ulduzlar” əsərlərinə quruluş verib, Xalq artisti Azər Paşa Nemətovun quruluşunda “Ölülər” tamaşasında isə rejissor olub. A.Sadıqov Lənkəran Dövlət Dram Teatrına təyin olunduğu müddətədək Akademik Musiqili Dram Teatrında rejissir vəzifəsində çalışıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]