YT Parkda yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işləri aparılır +FOTO=7

YT Parkda yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işləri aparılır +FOTO=7

YT Parkda yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işləri aparılır 


AMEA Yüksək Texnologiyalar Parkının infrastrukturu yenilənir

 

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) təsdiq edilmiş Baş planı mövcud maddi-texniki bazanın daha da təkmilləşdirilməsini nəzərdə tutur. Layihənin icrası texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, yüksəkkeyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və rəqabətədavamlı ixrac potensialının gücləndirilməsinə xidmət edir.

 

Bu yaxınlarda texnoparkın Baş planı əsasında 600 metr uzunluğunda yeni su xətti və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılıb.

 

Yenidənqurma tədbirləri YT Parkın yeni su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması işlərinə dair kotirovka sorğusu əsasında müəyyən edilmiş icraçı tərəfindən həyata keçirilir.

 

Artıq 10 gündür davam edən quraşdırılma işlərinin növbəti həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]