Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə ilk qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə ilk qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Şəhriyar Məmmədyarov Veyk-An-Zeedə ilk qələbəsini qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov, eləcə də hazırki dünya çempionu Maqnus Karlsen (Norveç) də daxil olmaqla planetin 14 ən yaxşı qrossmeysterinin iştirak etdiyi "Tata Steel Chess" super şahmat turniri davam edir. Hollandiyanın Veyk-An-Zee şəhərində təşkil edilən və dairəvi sistem üzrə keçirilməklə 13 turdan ibarət olan 20-ci kateqoriyalı turnirdə bu gün 4-cü partiyanın oyunları keçirilib. Tur həmyerlimiz üçün uğurlu olub. Belə ki, ilk üç turda müvafiq ardıcıllıqla Daniil Dubov, Andrey Yesipenko (hər ikisi Rusiya) və hollandiyalı Aniş Qiri ilə heç-heçə oynayan Məmədyarov hesabat turunda polşalı Yan-Kşiştof Dudanı 40-cı gedişdə mat qoyub. Maraqlıdır ki, bu gün keçirilən 7 oyundan yalnız birində qələbə qeydə alınıb. Qalan 6 oyunda isə rəqiblər sülh bağlayıblar.
4 turdan sonra aktivində 2,5 xalı olan Məmmədyarov onunla eyni xal ehtiyatına malik olan digər rəqibləri ilə birlikdə 2-6-cı yerləri bölüşür. Yarışa 3 xalla hindistanlı Vidit Santoş Qucarati liderlik edir. Yarışa yanvarın 30-da 13-cü turla yekun vurulacaq.
İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]