"Abşeron"un ikinci, "Azərreyl"insə ilk qələbəsi- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
"Abşeron"un ikinci, "Azərreyl"insə ilk qələbəsi- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün qadın voleybolçular arasında Azərbaycan Superliqasının 1-ci dövrəsi çərçivəsində növbəti turun oyunları keçirilib. Azərbaycan Voleybol Federasiyasının zalında baş tutan tura "Azərreyl" - "Murov" qarşılaşması ilə start verilib. Görüş ölkə voleybolunun flaqmanı olan "Azərreyl"in quru hesablı qələbəsi ilə bitib - 3:0(25:23, 25:13, 27:25) .
Günün və turun ikinci matçında isə "Abşeron" UNEC-i sınağa çəkib. Görüş birincinin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (19:25, 12:25, 14:25).
Növbəti oyun yanvarın 21-də elə həmin məkanda olacaq. Saat 18:00-da başlanacaq oyunda "Azərreyl" UNEC-lə qarşılaşacaq.
Turnir cədvəli: Abşeron - 6 xal (6-0), Azərreyl - 3 xal (3-0), UNEC - 0 xal (0-3), Murov - 0 xal (0-6).
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

