Futzal yığmamız Belçika millisi ilə bacarmayıb, yığmamızıın iki oyunçusu karantinə götürülüb- İNTİQAM təqdim edir (AZpress.AZ)

Yanvarın 19-da Hollandiyada start götürəcək futzal üzrə Avropa çempionatına hazırlaşan Azərbaycan millisi dünən Belçikada yerli komandayla son dəfə yoxlama sınaq matçı keçirib. Görüş Belçika yığmasının qələbəsi ilə başa çatıb - 5:3.

Xatırladaq ki, baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan Azərbaycan komandası AÇ-2022-nin D qrupunda Gürcüstan (22 yanvar), İspaniya (26 yanvar) və Bosniya-Hersoqovina (30 yanvar) millisi ilə qarşılaşacaq.

Bu arada məlum olub ki, yığmamızın iki üzvü - Eduardo Borqes və Rafael Vilala COVİD--19-a yoluxub. Hər iki futzalçunun Belçikada verdiyi testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən də onlar qarantinə götürülüblər. Bir həftə sonra futzalçılardan təkrar test götürüləcək. Əgər nəticə neqativ olarsa, onda həmin oyunçular İspaniyaya qarşı oyunda meydana çıxa biləcəklər. Əks halda yığmamız AÇ-2022-ni 12 futzalçı ilə başa vurmaq məcburiyyətində qalacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]