İnşa olunacaq stansiyanın əhəmiyyəti

İnşa olunacaq stansiyanın əhəmiyyəti

Energetika sahəsindəki indiki uğurlarımız, bugünkü enerji müstəqilliyi, ölkəmizin “işıqlı Azərbaycan”a çevrilməsi də məhz ümummilli lider Heydər Əliyevin həm Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrlərdə, həm də onun 1993-cü ildə xalqın tələbi və təkidi ilə yenidən siyasi hakimiyyətə rəhbərlik etdiyi dönəmlərdə qazanılan nailiyyətlərin davamıdır.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına tam nail ola bilib.
Belə ki, 2003-cü ildən bəri ölkə daxilində enerji təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, böyük infrastruktur layihələri icra olunub, xeyli sayda elektrik stansiyası tikilib, yarımstansiya inşa edilib və yenidən qurulub. Bunların nəticəsində əhalinin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm nailiyyətlərin əldə olunmasına geniş imkanlar açıb. Əminliklə qeyd etmək lazımdır ki, respublikanın energetika sisteminin infrastrukturunda ciddi dəyişikliklər edilmişdir, eyni zamanda bu inkişafla yanaşı Azərbaycan elektrik enerjisi sahəsində əməkdaşlıq əlaqələrini dərinləşdirməkdə də maraqlıdır. Bu istiqamətdə lazımi tədbirlər bu gün də müvəfəqiyyətlə icra olunmaqdadır.
Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimi də məhz bu tədbirlərin bariz nümunəsidir. Mərasimdə iştirak edən dövlətimizin başçısı cənab İlham Əliyev çıxışında inşa ediləcək yeni külək elektrik stansiyasının təməl qoyulması münasibətlə Azərbaycan xalqını təbrik edərək bu stansiyanın Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəyini bildirdi.
Külək Elektrik Stansiyasının təməlinin qoyulması iqtisadi və ekoloji cəhətdən çox mühüm bir hadisədir. Belə ki, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və dayanıqlı enerji təminatı olduqca vacibdir. Bu bütün dünya üçün vacib prioritetdir. Çünki atmosferə atılan zərərli tullantıların həcminin artmasının qarşısının alınır.
Onu da bildirmək istəyirəm ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır.
Ümumiyyətlə, yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Azərbaycan enerji təhlükəsizliyindəki rolunu Zəfərləri ilə daha da möhkəmləndirəcək. Ölkəmizin energetika sahəsində qlobal uğurları bundan sonra da davamlı olacaq. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin bir hissəsidir. Bu davamlılıq bizə daha nurlu sabahlar, daha işıqlı Azərbaycan bəxş edir və gələcəkdə də edəcək.


Pərisoltan Ramazanova, “Azərişiq” ASC-nin “Yarımstansiya- Muzey”in direktoru 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]