Akif Ağayev: Masallıdakı güləş turnirinə respublikanın 19 komandası qatılıb +FOTO=11
Bu xəbəri paylaş
Akif Ağayev: Masallıdakı güləş turnirinə respublikanın 19 komandası qatılıb
Respublika Güləş Federasiyasının, Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yunan-Roma və sərbəst güləş idman növü üzrə yeniyetmələr arasında açıq rayon turnirinə yekun vurulub.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səslənib.
Turnirin açılış mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov gələn qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb.
Bildirilib ki, yarışların təşkilində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, yeniyetmələri idmana cəlb etməklə onlar arasında dostluq əlaqələrini möhkəmləndirmək, rayonda güləşin kütləviliyini təmin etməkdən ibarətdir.
Masallı güləşçiləri ilə yanaşı Cəlilabad, Lənkəran, Zaqatala, Samux, Şəmkir, Neftçala, Salyan, Tovuz və Abşeron rayonlarının, Bakı, Gəncə şəhərlərinin, Naxçivan Muxtar Respublikasının yeniyetmə idmançılarının qatıldığı turnir iki gün (15-16 yanvar) davam edib.
Ümumilikdə 19 komandanın iştirak etdiyi yarışlar gərgin mübarizə şəraitində keçib. 2005-2007-ci il təvəllüdlülər 11, 2008-2010-cu il təvəllüdlü atletlər isə 7 çəki dərəcəsində güclərini sınayıblar.
Yunan-Roma güləşi üzrə 196, sərbəst güləş üzrə 210 idmançı arasında ilk üçlüyə sahib olanlar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunub.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)










