Yığmanın üzvlərindən biri qələbəyə sevinsə də, digəri məğlubiyyətlə üzləşib- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yığmanın üzvlərindən biri qələbəyə sevinsə də, digəri məğlubiyyətlə üzləşib- İNTİQAM təqdim edir (AZpress.AZ)
Söhbət qadın voleybol yığmamızın hazırda Rusiya Superliqasında çıxış edən üzvlərindən gedir. Belə ki, Kristina Besmanın hazırda şərəfini qoruduğu "Tulitsa" klubu Rusiya Superliqasının 14-cü turunda "Uraloçka"nı məğlub edib - 3:1. Oyunda yığmamızın üzvü 1 xalla yadda qalıb. Bu qələbədən sonra "Tulitsa" aktivindəki xalların sayını 29-a çatdırmaqla turnir cədvəlində qərəlaşdığı 4-cü pillədəki mövqeyini qoruyub.
Təəssüflər olsun ki, yığmamızın digər üzvü - Mariya Krilyukun hazırda formasını geyindiyi "Sparta" klubu isə hesabat turunda "Dinamo-Ak Barsu" ilə bacarmayıb - 1:3. Həmin oyubnda Mariya özünün və komandasının aktivinə 8 xal yazdırıb. 14 turdan sonra cəmi 14 xal toplayan "Sparta" 14 komanda arasında 10-cudur.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

