Bakı Kitab Mərkəzində “Başqa ölçü” adında poetik kompozisiya nümayiş olunub (AZpress. B.Əqdəş, +FOTO=22)
Bu xəbəri paylaş
Bakı Kitab Mərkəzində “Başqa ölçü” adında poetik kompozisiya nümayiş olunub (AZpress. B.Əqdəş, +FOTO=22)
BKM-də “Başqa ölçü” adında poetik kompozisiya nümayiş olunub Bakı Kitab Mərkəzində «Иное измерение» (“Başqa ölçü”) adında poetik kompozisiya nümayiş olunub. Tamaşanın ssenari müəllifi Vahidə Sadıqova-Manafova, quruluşçu rejissoru - Xalq artisti Fəxrəddin Manafovdur. Klassik musiqi parçaları və video görüntünün müşayiəti ilə baş tutan qeyri-adi tamaşa insan həyatının mahiyyətini təşkil edən sevgi, xeyir və şər, mərhəmət, səmimiyyət, iman, əbədi sərvətlər axtarışı və Allaha müraciət kimi dərin dəyərlərdən bəhs edir. Səhnə əsərinin obrazlarını gənc aktyorlar Günəş Mehdiyeva, Dilarə Nəzərova, Fərid Bəhramov, Rəşad Əliyarov, Əbdül Rzayev və Rasimə Abbasova canlandırdılar.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





















