Boks üzrə ölkə çempionları müəyyənləşib- İNTİQAM təqdim edir (AZpress.AZ)

Boks üzrə ölkə çempionları müəyyənləşib- İNTİQAM təqdim edir (AZpress.AZ)

Boks üzrə ölkə çempionları müəyyənləşib- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Paytaxt Bakıdakı Boks Mərkəzində kişi boksçular arasında keçirilən seşmə xarakterli Azərbaycan çempionatı başa çatıb. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın heyətində yer alan 100 boksçusu 13 çəki dərəcəsində medallar uğrunda rinq döyüşünə çıxıb. 5 gün davam edən turnirdə bütün çəkilərdə qalib və mükafatçılar müəyyənləşib. Azərbaycan Boks Federasiyasından aldığımız məlumata görə, həlledici final da daxil olmaqla, bütün döyüşlərini qələbə ilə keçirən Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq), Ruslan Qədirov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Niyaməddin Allahverdiyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) çempion tituluna sahib olub.

 

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub. İkinci pilləyə BFL yiyələndiyi halda, ilk “üçlüy”ü “Qızıl Əlcək” qapayıb.

 

Çempionatda müxtəlif nominasiyalar üzrə ən yaxşılar da müəyyənləşib. Ən yaxşı boksçu adına Niyaməddin Allahverdiyev layiq görülüb. Rəhim Əliyev ən əzmkar idmançı seçilib. Elxan Quliyevlə Etibar Alıyev ən yaxşı hakim, Albert Qəribov (Gəncə) və Rafiq İsmayılov (“Neftçi” İK) isə ən yaxşı məşqçi adına layiq görülüb.

 

Qeyd edək ki, reqlamentə əsasən qalib və mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi ilboyu təmsil edəcəklər.

 

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]