Şahmat Poeziyası-3

Şahmat Poeziyası-3

Şahmat Poeziyası-3

 

Gedişlərin növbələşməsi.

 

Şahmat kompozisiyasında ən geniş yayılmış və dəbdə olan ideyalardan biridə oyun zamanı gedişlərin növbələşməsidir. Bu zaman gedişlərin ardıcıllığı dəyişmiş olur. Yəni əvvəlcə A gedişi, sonra isə B gedişi ortaya çıxır. Növbəti variantda və ya fazada (yanlış iz,xəyali oyun, həqiqi həll və ya əkizlərdə) birinci B gedişi, sonra A gedişi reallaşır. Bir sözlə AB-BA formulu həyata keçrilir. Belə növbələşmələr həmişə gedişlərin funksiyasının növbələşməsi ilə bağlı olur. Çünki gedişlərin sıraları (1-ci gediş, 2-ci gediş, 3- gediş və s.) ayrı ayrı funksiyalarla ortaya çıxır. Bundan başqa gedişlər əlavə funksiyalarıda özlərində cəmləyə bilər; Ağların – giriş gedişi, təhlükə, mat gedişi; qaraların- müdafiə və təkzib gedişi kimi. Gedişlərin və onların funksiyasının dəyişməsilə bağlı bir çox mövzular mövcuddur. Məsələn, Salazar və ya Le Grand mövzuları. Salazar mövzusunda- giriş gedişi və variantın mat edən gedişi növbələşirsə, Le Garnd mövzusunda, təhlükə və variantın mat edən gedişləri növbələşməlidir. Diaqramda mənim 2015-ci ildə Azərbaycan kubokunu qazanmış kompozisiyam göstərilib.

Çox sadə mövqedə Barens və Le Grand mövzularının qovuşması həyata keçirilib. Mövzuları dəqiq başa düşmək üçün, onları alqoritmlə qeyd edəcəyik. Birinci fazada Barnes mövzusunu göstəririk. Yanlış iz, 1. Ac4? (təhlükə 2.Txd4 A# və Tf4 B#) ağlar giriş gedişilə iki mat təhlükəsi (ikiqat təhlükə) yaratdı 1. ...e5 2. Ad6#. Barens mövzusunun şərti belədir; «Yanlış izdə yaranan ikiqat təhlükə gedişləri, növbəti fazalarda tək-tək ortaya çıxmalıdır» 1....d4xe3! gedişi bu təhlükələri təkzib edir. 2-ci yanlış iz, 1.Af3? (təhlükə 2.Tf4# BC) 1. … d4xe3 2.Td4#AD 1. ...e5! gedişi bu cəhdidə təkzib edir. Göründüyü kimi qaraların d4xe3 və e5 gedişləri, həm müdafiə həmdə təkzib gedişləridir. Həll fazasında isə, 1.Ad5! (təhlükə 2.Txd4# D) 1. ...d4xe3 2. Tf4#C. Məzmunda A/B gedişləri Barens, C/D gedişləri isə Le Grand mövzusunu göstərir. Gördüyünüz kimi bu iki mövzu eyni ağ gedişlər vasitəsilə qovuşdururlub! Ona görədə ikinci fazadan başlayaraq gedişləri AD və BC alqoritmiylə göstərmək daha doğru olar. Daha mürəkkəb növbələşmələrdə mövcuddur. Məsələn A/B gedişlərindən sonra, yenidən B/A deyil, B/C gedişi və s. ortaya çıxa bilər. Belə növbələşmələr silsilə formasını alır və silsilə növbələşəmələr adlanır. Burada ideyanın tamamlanması üçün gedişlərin sıralanmasından sonra, A gedişinin yenidən ortaya çıxması ilə yekun vurulmalıdır.

 

Kənan Vəlixanov, İdman ustası, dəfələrlə Fide Dünya kubokunun qalibi, Fide Olimpiya turnirinin qızıl mükafatçısı, Beynalxalq dərəcəli hakim.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]