Məmmədyarov Veyk-an-Zee turnirinə sülhlə başlayıb- İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarov Veyk-an-Zee turnirinə sülhlə başlayıb- İNTİQAM təqdim edir (AZpress.AZ)
Dünən Hollandiyanın Veyk-an-Zee şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da daxil olmaqla planetin ən güclü 14 qrossmeysterinin, o cümlədən dünya çempionu Maqnus Karlsenin də iştirakı ilə ənənəvi "TataSteelChess" beynəlxalq şahmat turnirinə start verilib. Səviyyəsinə görə 20-ci kateqoriyalı hesab edilən bəlli turnirin start turunu Məmmədyarov sülhlə başa vurub. Qara fiqurlarla rusiyalı Daniil Dubova qarşı oynayan şahmatçımız partiyanın 36-cı gedişində heç-heçəya razılaşıb. Bu gün keçirilən ikinci turda isə Məmmədyarov Rusiyadan olan digər şahmatçı - Andrey Yesipenkoyla (dünən birinci turda Karlsenlə heç-heçə oynayıb) qarşılaşacaq. Xatırladaq ki, ilk turda baş tutan 7 oyunun yalnız 3-də qalib aşkarlanıb.
Turnirə yanvarın 30-da 13-cü turla yekun vurulacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

