Dünya çempionu ilə Olimpiya mükafatçısı Azərbaycan çempionu ola bilməyib- İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya çempionu ilə Olimpiya mükafatçısı Azərbaycan çempionu ola bilməyib- İNTİQAM təqdim edir (AZpress.AZ)

Dünya çempionu ilə Olimpiya mükafatçısı Azərbaycan çempionu ola bilməyib- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Yanvarın 8-dən 14-dək Bakıdakı Boks Mərkəzində kişilər arasında keçirilən seçmə xarakterli Azərbaycan çempionatı bir sıra sürpirizləri ilə yadda qalıb. Beələ ki, çempionatda bir neçə titullu dəri əlcək ustasının şokedici çıxışı yeni tapıntıların üzə çıxmasına səbəb olub. Bunu isə çempionatın sürpirizi adlandırmaq olar. Sürpirizlərdən biri 67 kq çəki dərəcəsində çıxış edən dünya çempionu və İslam Oyunlarının qalibi adını daşıyan Cavid Çələbiyevin həlledici finaldan kənarda qalması və Azərbaycan çempionu adını qazana bilməməsidir. Finala çıxışda (yarımfinalda) o, Gəncədən olan gənc boksçu Nəbi İsgəndərovla bacarmayıb və təmiz uduzub. İsgəndərov sonda finalı da udaraq, Azərbaycan çempionu olub.

 

Daha bir gözlənilməz nənəticə 80 kq boksçuların finalında qeydə alınıb. Olimpiay və dünya çempionatının üçüncüsü, AÇ və İslam Oyunlarının ikincisi olan Kamran Şahsuvarlı Murad Allahverdiyevlə bacarmayıb. Nəticədə döyüşü 4%1 hesablı qələbə ilə bitirən Murad ölkə çempionu olub.

 

Maraqlıdır, görəsən Tikio Olimpiadasının bürünc mükafatçısı və son dünya çempionatının qalibi Alfonso Dominqesi məşqçilər Azərbaycan çempionatında azad etməsəydilər, o hansı aqibətlə üzləşə bilərdi?

İNTİQAM Məmmədov
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]