Şəhid qardaşının toy şənliyinin musiqi təşkilatçılığı, video və fotoçəkilişi Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən qarşılanıb - FOTO

Şəhid qardaşının toy şənliyinin musiqi təşkilatçılığı, video və fotoçəkilişi Ağstafa Regional Mədəniyyət İdarəsi tərəfindən qarşılanıb - FOTO

Mədəniyyət Nazirliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılmaqdadır.


Yanvarın 15-də Tovuz rayon Aşağı Quşçu kənd sakini, Vətən müharibəsində qəhrəmancasına şəhid olan Aslanov Atəş Yusif oğlunun qardaşı İlham Aslanovun toy məclisi keçirilib. Rayonda fəaliyyət göstərən şadlıq saraylarından birində baş tutan şənliyin musiqi təşkilatçılığı, video və fotoçəkilişi Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Tovuz rayon Mədəniyyət Mərkəzinin və Aşağı Quşçu kənd Folklor Mədəniyyət evinin təşkilatçılığı ilə təmənnasız olaraq qarşılanıb. Məclisdə incəsənət nümayəndələri, müğənnilər və ifaçılar könüllü şəkildə iştirak edərək bir-birindən maraqlı ifaları ilə şənliyə rəng qatıblar. Həmçinin, Aşıq Ə.Rzayev adına Tovuz şəhər Uşaq Musiqi Məktəbinin kollektivi də məclisdə iştirak edib.


Toy məclisində çıxış edən Ağstafa Regional Mədəniyyət İdarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov idarə rəisi Nurəddin Mehdiyevin yeni evlənənlərə təbrikini çatdırmış, şəhidlərimizə rəhmət diləmişdir. Şəhid atası Yusif Aslanov  diqqətə  görə minnətdarlığını bildirmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]