Ağcabədidə şəhid Tariyel Atayevin ailəsi yeni evlə təmin edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=63)

Ağcabədidə şəhid Tariyel Atayevin ailəsi yeni evlə təmin edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=63)

Ağcabədidə şəhid Tariyel Atayevin ailəsi yeni evlə təmin edilib (AZpressAZ -Mais İbrahimov +FOTO=63)

 

Ağcabədinin Minəxorlu kəndində Vətən müharibəsi şəhidi Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün yeni ev tikilib. Ev Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına inşa olunub.

 

Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, tanınmış ictimai xadimlər və kənd sakinləri iştirak ediblər.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edənlər 2020-ci il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, əsgər Tariyel Atayev Vətən müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Yeni evlə təmin olunan şəhid ailəsinin üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirib, evin tikintisində əməyi olanlara təşəkkür ediblər.
Sonra mərasim iştirakçıları mənzildə yaradılan şəraitlə tanış olub, həyətdə ağac əkiblər. Üçotaqlı ev su, elektrik, qaz və istilik sistemi ilə təmin olunub. Şəhid ailəsinə məişət əşyaları hədiyyə edilib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]