Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən şəhid ailələrinə baş çəkilib - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyi tərəfindən şəhid ailələrinə baş çəkilib - FOTO

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nürəddin Mehdiyev Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş – Tovuz rayonunun Aşağı Öysüzlü kəndində Zeynallı Fikrət Akif oğlunun, Qazax rayonunun Xanlıqlar kəndində Əliyev Timur Nurəddin oğlunun, Ağstafa rayonunun Dağkəsəmən kəndində Şıxməmmədov Natiq Zakir oğlunun ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıb.


Ziyarət zamanı  şəhidlərimizin keçdiyi döyüş yolundan, Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışılıb, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]