Heydər Əliyev Sarayında Nərgiz Quliyevanın fərdi sərgisi keçirildi - FOTO

Heydər Əliyev Sarayında Nərgiz Quliyevanın fərdi sərgisi keçirildi - FOTO

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində, 12 yanvar tarixində gənc və istedadlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı, Nargiz Art Studionun bədii rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi keçirildi.
 

Heydər Əliyev Sarayında keçirilən sərgidə gənc rəssam bir çox mövzulardan ibarət əsərlərini təqdim etdi. Nərgiz Quliyevanın əsərlərində əsasən, multikulturalizm, təbiət mövzularına, peyzaj janrına üstünlük verilmişdir və çəkilmiş rəsmlərdə əsas məqsəd ətrafdakı gözəllikləri canlandıraraq tamaşaçılara çatdırmaqdır.
 

Layihənin ideya müəllifi, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımovun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin adını daşıyan Saray hər zaman böyük tədbirlərə ev sahibliyi edib. Bu layihəyə də pandemiya zamanında start vermişdik və layihə bu gün də böyük uğur qazanmaqdadır. Çünki, bizi bir-birimizə həqiqətəndə zəngin köklərə malik olan mədəniyyətimiz bağlayır.


Qeyd edək ki, Heydər Əliyev Sarayı "Bizi Birləşdirən Mədəniyyət" layihəsi çərçivəsində mütamadi olaraq, gənc və istedadlı sənətkarların tanıdılması istiqamətində yaradıcılıq gecələri, fərdi rəsm və foto sərgiləri keçirəcəkdir.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]