Boksçuların ölkə çempionatı keçirilir- İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçuların ölkə çempionatı keçirilir- İNTİQAM təqdim edir (AZpress.AZ)

Boksçuların ölkə çempionatı keçirilir- İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Paytaxt Bakıda yerləşən Boks Mərkəzində seçmə xarakterli Azərbaycan çempionatına start verilib. Çempionat Beynəlxalq Boks Federasiyasının (İBA) ötən ilin sonlarında qəbul etdiyi qərara əsasən boksçular qələbə uğrunda 13 çəki dərəcəsində mübarizə aparırlar. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, çempionata 29 klubdan olan 100 dəri əlcək sahibi qatılıb. Çempionata yanvarın 15-də yekun vurulacaq. Qalib və mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və bütün ilboyu beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Bir məqamı da qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyevdir. İlk 3 gündən sonra çempionatda 18 final mərhələnin döyüşlərinə yekun vurulub və 14 finalçılar bəlli olub.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)