Gəncə 1 saylı mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi

Gəncə 1 saylı mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edildi

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun verdiyi məlumata görə, Gəncə şəhəri üzrə dövlət qeydiyyatına alınmış Gəncə 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluqlarının müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın apardığı monitorinqin nəticələri barədə rəyi Mediasiya Şurasının İdarə Heyətinə təqdim edilib.


Rəyə, Mediasiya təşkilatlarının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu  ilə müəyyən edilməsi ilə bağlı yaradılmış Xüsusi Komissiyanın sədri Bəylər Məmişovunda iştirakı ilə İdarə Heyətinin iclasında baxılmışdır.


Komissiyanın sədri məruzə edərək bildirib ki, Gəncə şəhərində fəaliyyət göstərmək üçün Mediasiya Şurasına müraciət etmiş Gəncə 1 saylı mediasiya təşkilatının yerləşdiyi ofisə mediasiya sessiyalarının keçirilməsi üçün yaradılmış  şəraitin monitoriqi həyata keçirilmiş və onların “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə uyğunluğu komissiya üzvləri tərəfindən məqsədə uyğun hesab edilmişdir.


İdarə Heyətinin üzvlərinin fikirləri, Xüsusi Komissiyanın rəyi nəzərə alınaraq İdarə Heyətinin yekdil qərarı ilə  Gəncə 1 saylı mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və onlar barədə məlumatların mediasiya təşkilatları reyestrə daxil edilməsi qərarı verilmişdir.


Mediasiya Şurası Gəncə şəhərinə aid olan inzibati rayonların (Kəpəz və Nizami rayonları) və Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Şəmkir, Daşkəsən, Samux rayonları üzrə müraciətçilərin nəzərinə çatdırır ki, 15 yanvar 2022-ci il tarixindən qeyd edilən ərazilər üzrə müraciətlərin qəbulu Mediasiya Şurası tərəfindən aparılmayacaq. Qeyd edilən tarixdən etibarən müraciətlər yalnız Gəncə 1 saylı mediasiya təşkilatları tərəfindən aparılacaq.
 


Gəncə 1 saylı mediasiya təşkilatının əlaqə vasitələri:
Ünvan: Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Cavid küçəsi 12
 

telefonlar:
+994 22 266 14 66
+994 50 634 16 67
+994 50 753 28 01
+994 55 512 68 19
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]