Avtomobildə dərman vasitələri aşkarlandı

Avtomobildə dərman vasitələri aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
 

Bu zaman sürücü idarə etdiyi yük avtomobilində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində müxtəlif adda 1161 qutu və 1294 konvolyut dərman preparatları aşkarlanıb.
 

Faktla bağlı araşdırma aparılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]