COĞRAFİYA İNSTİTUTUNUN ALİMİ RADİODA QORUQ VƏ YASAQLIQLARIN VƏZİYYƏTİNDƏN SÖHBƏT AÇIB +FOTO

COĞRAFİYA İNSTİTUTUNUN ALİMİ RADİODA QORUQ VƏ YASAQLIQLARIN VƏZİYYƏTİNDƏN SÖHBƏT AÇIB +FOTO

COĞRAFİYA İNSTİTUTUNUN ALİMİ RADİODA QORUQ VƏ YASAQLIQLARIN VƏZİYYƏTİNDƏN SÖHBƏT AÇIB 

 

11 yanvar - Dünya Qoruqlar və Milli Parklar günü münasibətilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin böyük elmi işçisi, c.ü.f.d Abuşova Samirə İctimai radionun qonağı olub.

 

Respublikamızın qoruq və yasaqlıqlarına həsr olunmuş verilişdə elmi işçi bu tarixi abidələrin yaranma tarixi haqqında məlumat verib, qoruq və yasaqlıqların mövcud vəziyyəti qiymətləndirilib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dövlət təbiət qoruqları və yasaqlıqlarının ilkin qiymətləndirilməsindən və bu istiqamətdə ərazidə aparılacaq tədqiqat işlərindən bəhs edilib.

 

Müsahibədə son illərdə daha aktual olan biosfer qoruqlarının Azərbaycanda yaradılması (2023-cü ildə hazır olunması nəzərdə tutulmuş Zaqatala-Balakən Biosfer Qoruğunun timsalında) halları müzakirə olunub. Milli parkların müasir vəziyyətindən danışılıb. Azərbaycanın "ornitoloji oazis"i hesab olunan Ağgöl Milli Parkının hazırkı vəziyyəti və orda qorunan nəsli kəsilməkdə olan fauna növləri haqqında məlumat verilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]