Şuşa İli Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmli il kimi yadda qalacaq

“Şuşa İli” Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmli il kimi yadda qalacaq

“Şuşa İli” Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmli il kimi yadda qalacaq 

 

Ukraynada yaşayan azərbaycanlı ziyalılar Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsini strateji və əhəmiyyətli hesab edirlər.

 

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyev bildirib ki, dövlətimizin başçısının 2022-ci ili “Şuşa İli” elan etməsi şəhərin yubileyi ilə yanaşı, Azərbaycanın milli-mədəni dəyərlərinin yeni meyarlarla bərpasının rəmzi deməkdir.

 

“Bu, həm də Prezident, Ali Baş Komandan İlham Əliyevin Ümummilli Liderimizin vəsiyyətlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyətinin əməli təsdiqi olmaqla, dünya tarixində misilsiz nailiyyətidir. Azərbaycanın dünya səviyyəsində istər mədəni, istərsə də digər dəyərlərinin inkişafında Şuşanın adı daim diqqəti cəlb edib və edəcək. Düşünürəm ki, məhz belə addımlar azərbaycanlıların gələcək fəaliyyətlərində yeni-yeni səhifələr açmaqla bizi qürurlandıracaq. Əminəm ki, “Şuşa İli” şəhərin qısa müddətdə bərpası və əhalinin məskunlaşdırılması, Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmli il kimi yadda qalacaq”, - deyə Arif Quliyev qeyd edib.

 

Ukraynalı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru, professor Fərhad Turanlı bildirib ki, qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti olan Azərbaycan dünyada ən qüdrətli müstəqil ölkələrdən biri kimi inkişaf etməkdədir. Güclü Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və xalqımızın qəhrəmanlıq rəmzinə çevrilən “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edərək yeni dövrün başlanğıcını qoydu.

 

“Bu mənada Azərbaycan Prezidentinin “...xaricdə yaşayan milyonlarla azərbaycanlıların da ürəyi tarixi Vətəniylə bir döyünürdü...” fikri də təqdirəlayiqdir. Əminik ki, Qarabağ, Vətən müharibəmiz, xüsusilə də Şuşa döyüşləri haqqında tarixi əsərlər və kitablar yazılacaqdır. 1747-ci ildə Azərbaycanın Qarabağ xanlığını təsis edən sərkərdə Pənahəli xan 5 il sonra hərbi nöqteyi-nəzərdən də mühüm əhəmiyyət daşıyan, türk dünyası mədəniyyətinin beşiklərindən biri olan Şuşa şəhərinin qurulması haqqında qərar qəbul etdi. 270 il sonra - 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təqdirəlayiqdir və bu, şəhərin Azərbaycan tarixində böyük əhəmiyyətə malik olduğunu bütün dünyaya bəyan edəcək”, - deyə Fərhad Turanlı vurğulayıb.

 

Kiyev şəhərinin 5 ümumtəhsil məktəbində Azərbaycan mədəniyyəti tarixi dərnəyinin rəhbəri Səfayə Naibova isə qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi cəmi 44 gün sonra 30 il “yanan ürəklərə su səpdi”. Qətiyyətli Ali Baş Komandan, Prezident İlham Əliyev, xalqımızın həmrəyliyi, mərd oğulları ermənilərin 200 illik cəfəngiyatını 44 gün ərzində alt-üst etdilər. Şuşa kimi əlçatmaz bir qalaya qalxaraq füsunkar şəhəri əlbəyaxa döyüşlə düşməndən azad etməklə bir daha öz köklərini – türk olduqlarını bütün dünyaya bəyan etdilər.

 

“Sülhpərvər ukraynalılar da bizim bu Qələbəmizə sevinirlər. Bunu Ukraynanın paytaxtı Kiyev şəhərində 247, 37, 181, 135, 291 saylı orta ümumtəhsil məktəblərində soydaşlarımızın övladlarına tədris etdiyim Azərbaycan dili və mədəniyyətinə dair dərs məşğələlərində 200-ə yaxın şagirdimiz, onların valideynləri, dostları olan həmyaşıdları da Qarabağ dəyərlərini, Şuşamızın mədəniyyət paytaxtı kimi gözəlliyini geniş təbliğ etməklə nümayiş etdirirlər. 2022-ci ildə – “Şuşa İli”ndə bütün şagirdlərim, onların valideynləri adından xalqımıza uğurlar, möhkəm cansağlığı arzulayıram. Şuşanın işğaldan azad olunmasından dərhal sonra bu şəhərdə başlanan tikinti-quruculuq işləri hansı sürətlə aparılıbsa, “Şuşa İli”ndə bu proses bir qədər də sürətlənəcək”, - deyə Səfayə Naibova fikirlərini yekunlaşdırıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]