Külli miqdarda narkotik vasitə aşkarlanıb

Külli miqdarda narkotik vasitə aşkarlanıb

Gömrükçülər narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısını alıblar.
  

Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına mebel və xalça yükü aparan 63AA657/63AA658 dövlət nömrə nişanlı "DAF" markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib. Nəqliyyat vasitəsinin qoşqusundakı əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunduğundan ətraflı yoxlama aparılıb və 6 ədəd kreslonun, 1 ədəd divanın qoltuq hissələrində gizlədilmiş 26 ədəd bağlamada, ümumi çəkisi 47 kq 376 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
 

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]