Triatlonçuların məvsümə "Iron WinD Winter Aquathlon" turniri ilə start bverəcəklər İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
TRİATLON
---------------------------------------------------------------------
Triatlonçuların məvsümə "Iron WinD Winter Aquathlon" turniri ilə start bverəcəklər
Triatlon üzrə 2022-ci ilin ilk yarışı yanvar ayının sonuna təsadüf edəcək. Söhbət 29-30 yanvar aralığında Su İdman Növləri Sarayında təşkil ediləcək "Iron WinD Winter Aquathlon" turnirindən gedir. Azərbaycan Triatlon Federasiyasının "Triterra» idman klubu ilə birgə komanda formatında təşkil edcəyi turnirin proqramına əsasən hər komandanın tyərkibində 2 idmançı yer alacaq. Turnirin birinci günü iştirakçılar 1,5 km məsafədə üzəcəklər. İkinci gün isə yarış iştirakçıları 10 km məsafəyə qaçacaqlar.
Qalib və mükafatçılar komandalaın heyətində yer alan iki idmançının göstərəcəyi ümumi nəticə ilə müəyyənləşəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)
