Yığmamızın üzvü Kristina Besman məğlubiyyətlə üzləşib İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
VOLEYBOL
-------------------------------------------
Yığmamızın üzvü Kristina Besman məğlubiyyətlə üzləşib
Qadın voleybolçulardan ibarət klubların mübarizə apardığı Rusiya Superliqasında sayca 12-ci olan növbəti turun oyunları keçirilib. Təəsüflər olsun ki, tur Azərbaycan yığmasının üzvü Kristina Besmanın formasını geyindiyi "Tulitsa" klubu üçün uğursuz olub. Besmanın komandası səfərdə Moskva "Dinamo"suna quru hesabla uduzub 3:0. Hazırda aktivində 26 xalı olan "Tulitsa" yarış cədvəlində Kazan "Dinamo"su (32 xal), "Lokomotiv" (30 xal) və Moskva "Dinamo"sundan (29 xal) sonra 4-cü yerdədir.
Yeri gəlmişkən, "Tulitsa" klubunun baş məşqçisi Aleksandr Perepelkin tutduğu vəzifədən istefa verib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: [email protected]