"Heydər Əliyev irsinin öyrənilməsi" mözusunda dərslər davam edir

"Heydər Əliyev irsinin öyrənilməsi" mözusunda dərslər davam edir

Paytaxtın ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər davam edir.


Növbəti dərslər Sabunçu rayonu üzrə ümumi təhsil müəssisələrini əhatə edib.


Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatının lektoriya zalında təşkil olunan növbəti dərsdə millət vəkilləri Əliabbas Salahzadə və Naqif Həmzəyev, YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.


Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Dərs ulu öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


 “Ulu öndərin gənclər siyasəti” mövzusuna həsr olunan dərsdə YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov giriş sözü ilə çıxış edərək ulu öndərin gənclər siyasəti sahəsində həyata keçirdiyi islahatlardan, gənclərin kütləvi surətdə savadlanması istiqamətində görülən irimiqyaslı işlərdən danışıb.


Daha sonra Milli Məclisin deputatı Naqif Həmzəyev ulu öndərin gənclər siyasəti barədə geniş məruzə ilə çıxış edib. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirildiyi diqqətə çatdırılıb.


Dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi bütün paytaxt məktəblərini əhatə edəcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]