Özünü nazirlik əməkdaşı kimi təqdim etdi,mükafat aldı +VİDEO

Özünü nazirlik əməkdaşı kimi təqdim etdi,mükafat aldı +VİDEO

Özünü nazirlik əməkdaşı kimi təqdim etdi,mükafat aldı +VİDEO

 

Türkiyənin Marmaris bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə özünü 2021-ci ilin iyulunda bu ölkədə baş verən yanğınların söndürülməsində aktiv iştirak edən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin komandiri kimi təqdim edən Rasim Əhmədə fəxri fərman verilib.

 

Tədbirdən dərhal sonra həmin şəxsin FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşı olmadığı üzə çıxıb.

 

Türkiyənin media qurumları bu məsələni dəqiqləşdirmək üçün Modern.az-a müraciət edib. Onlar qeyd ediblər ki, özünü yanğınsöndürən kimi təqdim edən bu şəxsin hərəkətlərində şübhələr yaranıb.

 

Məsələ ilə bağlı FHN-in Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva Modern.az-ın sorğusuna cavab olaraq, bu şəxsin nazirliyin əməkdaşı olmadığını bildirib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]