İlham Əliyevin 60 illiyinə həsr olunmuş konsert keçirilib (AZpress. İ.Nəriman, +FOTO=4)

İlham Əliyevin 60 illiyinə həsr olunmuş konsert keçirilib (AZpress. İ.Nəriman, +FOTO=4)

İlham Əliyevin 60 illiyinə həsr olunmuş konsert keçirilib (AZpress. İ.Nəriman, +FOTO=4)

 


29 dekabr 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Resbublikasının Prezidenti, cənab İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Nəğmə doğu ürək” adlı qala-konsert keçirildi.

 

Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə baş tutdu.

 

Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə Fikrət Əmirovun “1001 gecə” baletindən "İntroduksiya" və "Bayram Rəqsi", Niyazinin "Vals", Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Kavalkada”, Oqtay Zülfüqarovun “Şənlən mənim xalqım” uverturası, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından “Çənlibel”xoru, Əməkdar artist Ramil Qasımovun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası,Xalq artisti Azər Zeynalovun ifasında Sevil Əliyevanın “Ana” mahnısı, Elza İbrahimovanın “Ey Vətən”, Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında Tofiq Quliyevin“Qaytağı” (iki fortepiano və simfonik orkestr üçün), SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Xalq artisti Murad Adıgözəlzadənin ifasında Sergey Raxmaninovun İki fortepiano və simfonik orkestr üçün 2 saylı Süita (işləməsi A. Varenberg) (III-IV hissə) əsərləri səsləndirildi.

Təntənəli şəkildə keçirilən qala-konsert tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqışlarla başa çatdı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]