Professor Ülviyyə İmanovanın kitab təqdimatı keçirildi (AZpress. İ.Nəriman, +FOTO=23)

Professor Ülviyyə İmanovanın kitab təqdimatı keçirildi (AZpress. İ.Nəriman, +FOTO=23)

Professor Ülviyyə İmanovanın kitab təqdimatı keçirildi (AZpress. İ.Nəriman, +FOTO=23)
 


29 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanovanın "Ülviyyə İmanova-75 Seçilmiş elmi əsərlər" kitabının təqdimatı keçirildi.

 

Qeyd edək ki, kitabın elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, tərtibçi redaktoru isə sənətşünaslıq üzrə elmlər doktoru, dosent Kəmalə Ələsgərlidir.

 

Təqdimatda Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor, Tədris işləri üzrə prorektor Nərminə Quliyeva, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova, Əməkdar incəsənət xadimi sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədov, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xatirə Həsənzadə, BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aybəniz Növrəsli baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva, BMA-nın doktorantı, musiqişünas Aynur İsgəndərova ürək sözləri ilə çıxış edərək, dəyərli kitab nəşr etdirdiyi üçün Ülviyyə xanıma təşəkkürlərini, yeni yaradıcılıq uğurları arzu etdilər. Ardınca söz musiqiyə verildi.

 

Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri Nailə Xasıyeva, Cəmalə Abdinzadə, Zərrin Əliyeva, Fidan Məmmədzadə, Leyla Cavadova, Kamran Talıblı, Elxan Niftiyev, Kənan Xəlilzadə, Zöhrə Ramazanlı və Nəriman Məsimovun ifasında V.Adıgözəlovun "Bakı haqqında mahnı", F.Kreyslerin "Gözəl rozmarin", S.Zilmixanqızının "Azərbaycan", İrland xalq musiqisi "Danny boy", M.Mangani "Albomdan səhifə", V.Çiara "La spagnola", T.Quliyevin "Qaytağı" əsərləri səsləndirildi.
Sonda Ü.İmanova təbriklərə, xoş sözlərə görə və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlığını olduğunu bildirdi.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]