Xalq artisti Fərhad Bədəlbəylinin doğum gününə həsr olunmuş konsert keçirilib (AZpress. İ.Nəriman, +FOTO=28)

Xalq artisti Fərhad Bədəlbəylinin doğum gününə həsr olunmuş konsert keçirilib (AZpress. İ.Nəriman, +FOTO=28)

Xalq artisti Fərhad Bədəlbəylinin doğum gününə həsr olunmuş konsert keçirilib (AZpress. İ.Nəriman, +FOTO=28)

 


27 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Dünya şöhrətli pianoçu, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin doğum günü təntənəli şəkildə qeyd olundu.

 

İlk öncə F.Bədəlbəylinin ad günü BMA-nın dəhlizində Nəfəs-zərb alətləri orkestrinin və tələbə xorunun ifası ilə təbrik edildi.

 

Daha sonra Böyük zalda rəngarəng konsert proqramı ilə doğum günü tədbiri Gənclər Kamera Orkestrinin ifasında davam etdirildi.

 

Qeyd edək ki, Gənclər Kamera Orkestrinin bədii rəhbəri Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova, dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

 

Konsertdə Gənclər Kamera Orkestrinin müşayiətilə A.Əlizadənin "Rəqs"; "Happy Birthday", Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyevanın ifasında Paradiz "Siziliana", Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadənin ifasında İ.Bramsın "Macar rəqsi" №5, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, prezident mükafatçısıNəzakət Teymurovanın ifasında Xalq mahnısı "Dağların başı", "Əlimi bıçaq kəsibdi" (orkestr üçün işləmə Bakı Musiqi Akademiyasının professoru Ceyhun Allaverdiyevə məxsusdur), "Qarabağ şikəstəsi" (Müşayiət edirlər: Tar: Əməkdar artist Əliağa Sədiyev, Kamança: Xalq artisti Elşən Mansurov, Nağara: Əməkdar artist Kamran Kərimov) səsləndirildi.

 

Azərbaycan Respublikasının Xalq artisti Zəhra Quliyeva və BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri, professor, filologiya üzrə elmlər doktoru Tərlan Quliyev də ürək sözləri ilə çıxış edərək, F.Bədəlbəylinin doğum gününü təbrik etdilər.

 

Konsertin final nöqtəsi şamlarla bəzədilmiş tortun “Ad günün mübarək!" təbrik mahnısının fonunda səhnəyə gətirilməsi oldu.

 

Sonda Fərhad Bədəlbəyli təbriklərə, xoş arzulara görə hər kəsə dərin minnətdarlığını və təşəkkürünü bildirdi.

 

Beləliklə, tamaşaçıların könlünü oxşayan bayram abu-havalı tədbir gur alqış sədaları altında başa çatdı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]