Bir sıra naşir və mədəniyyət xadimləri təltif edilib +FOTO=2

Bir sıra naşir və mədəniyyət xadimləri təltif edilib +FOTO=2

Bir sıra naşir və mədəniyyət xadimləri təltif edilib 

 

Azərbaycan tarixində ilk dəfə məhz Naşirlərin birliyini qurduq və ilk dəfə məhz naşir adı ilə dövlətimiz adına naşirlər təltif edildi. Bu mənim üçün bu ilin ən böyük uğuru idi! ANAİB bir yaşında, bir yaşlı təşkillat üçün bu böyük uğurdur. Mədəniyyət Naziri Anar müəllimlə görüşümüzdə qaldırmışdım bu məsələni, çox keçmədi, diqqətə alındı. Məhz ANAİB üzvü olan 9 nəşriyyat Nizami Gəncəvi - 880 Xatirə nişanı ilə təltif edildi. Naşirlər məhz Naşir fəaliyyətinə görə təltif edildi, bu ilk idi və möhtəşəm idi. Mən medal həvəskarı deyiləm, amma görülən işə və zəhmətə görə verilən dəyərə sayğı göstərmək və təşəkkür etmək sayğımız da olmalıdır!

 

Bu və bu kimi addımlar Azərbaycan kitabçılığının inkişafına ciddi təsir edəcəyini düşünürəm. Nəşriyyatlar da biznes sektoru kimi qəbul edildikcə, inkişafa məcbur olacaq. Mədəniyyət Nazirliyinin bu addımı böyük stimuldur. Ümud edirəm ki, ANAİB olaraq verdiyimiz digər təkliflər də zaman-zaman öz həllini tapacaq. Çünki həllini tapmayan hələ də çox iş var qarşıda, həm də lap çix iş. Azərbaycan Nəşriyyatları Assosiasiyası(www.facebook.com/Az%C9%99rbaycan-N%C9%99%C5%9Friyyatlar%C4%B1-Assosiasiyas%C4%B1-100826602077344/) bütün əməkdaşlıqlara hazır və lazımı gücdədir. Yetər ki, bu əməkdaşlıq Azərbaycan mədəniyyətinə və kitabçılığına xidmət etsin!

 

24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bir sıra naşir və mədəniyyət xadimini “Nizami Gəncəvinin 880 illiyi” Xaturə nişanı ilə mükafatlandırıb. Mükafata layiq görülən ANAİB üzvləri aşağıdakılardır:

 

1. Şəmil Sadiq (“Hədəf Group”un baş direktoru)
2. Rafiq İsmayılov (“Altun Kitab” nəşriyyatının direktoru)
3. Rasim Qaraca (“Alatoran Yayınları”nın direktoru)
4. Nurman Tariq (“Parlaq İmzalar” nəşriyyatının direktoru)
5. Fatimə Alxaz (“Ağıllı Bala” nəşriyyatının direktoru)
6. Şöhlət İxtiyaroğlu (“Qədim Qala” nəşriyyatının direktoru)
7. Tural Axundov (“Təhsil” nəşriyyatının direktoru)
8. Veysəl Məmmədov (“Libra Kitab” nəşriyyatının direktoru)
9. Bəhram Oruclu (Çinar nəşriyyatı)

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]