Zamiq Hüseynov: "Zəng edib bilet istəyirlər, amma özümə belə bilet olmadı..."

Zamiq Hüseynov: "Zəng edib bilet istəyirlər, amma özümə belə bilet olmadı..."

Gecənin aparıcısı Leyla Quliyevadır. Hamı "Darıxdım" duetimizi çox bəyəndi, əgər alınarsa, onu birgə oxuyacağıq.

Elşad Xose, Röya Ayxanla da duetimizi ola bilər. Amma bəlli deyil hələ ... Konsertin məqsədi əvvəldən bəllidir. Bilet satışa çıxarılan gündən 2 saata bitdi.

Kimsə, hətta dostlarım bele bilet üçün mənə zəng etməsin. Mən tamamilə kənara çəkildim, anonslardan da hər şey məlumdur. Öz yaxınlarıma bilet almaq istədim, bitmişdi artıq, təsəvvür edin. Vəziyyət düzələndə söz verdiyim kimi 2-3 gün silsilə konsert verməyi düşünürəm.

Qeyd edək ki sənətçinin 7 yanvar 2022-ci ildə Heydər Əliyev sarayında baş tutacaq "Var ol" adlı musiqili gecəsi şəhid və qazi ailələrinə həsr olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaq. Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "Yaşat" fonduna ianə ediləcək.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]