1280 vətəndaş kirayə mexanizmi çərçivəsində mənzil şəraitini yaxşılaşdırıb

1280 vətəndaş kirayə mexanizmi çərçivəsində mənzil şəraitini yaxşılaşdırıb

 1280 vətəndaş kirayə mexanizmi çərçivəsində mənzil şəraitini yaxşılaşdırıb

 

Vətəndaşların mənzil ehtiyaclarının ödənilməsi və mənzil vəziyyətinin yaxşılaşdırılmasıməqsədi ilə İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən 2021-ci ildə də satmaq öhdəliyi ilə kirayə mexanizmiüzrə proseslər davam etdirilib. Belə ki, cari il ərzində 867 mənzil mexanizm çərçivəsində vətəndaşlara təhvil verilib ki, bu da ötən illə müqayisədə 2 dəfədən çoxdur. Ümumilikdə isə, bu günə kimi 1280 sayda mənzil vətəndaşlara təhvil verilib.

Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70%-dən çoxunugənclər və gənc ailələr təşkil edib.

Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumuşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.

Qeyd edək ki, hazırda Fond tərəfindənBakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 7 fərqli ünvanda 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər təklif olunur. Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Vətəndaşların tələbi və istəkləri nəzərə alınmaqla Fond mütəmadi olaraq kirayə mənzillərin siyahısını genişləndirir.

Mexanizm çərçivəsində aylıq ödənişlər çox güzəştli şərtlərlə hesablanır. Proseslər isə ən qısa vaxtda - 3 iş günü ərzində tamamlanmaqla mənzil vətəndaşa təhvil verilir.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən və “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş  təlimatla tanış olaraq əldə etmək mümkündür.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]