AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Prezident çinarlığı nda Şərq çinarı əkib +FOTO=9

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib +FOTO=9

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Prezident çinarlığı”nda Şərq çinarı əkib 

 

Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə Mərkəzi Nəbatat Bağında salınan “Prezident çinarlığı”nda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Şərq çinarı əkib.

 

Akademik Ramiz Mehdiyevin tapşırığı ilə Mərkəzi Nəbatat Bağında salınan çinarlıqda keçirilən ağacəkmə kampaniyasında AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, Biologiya və Tibb Elmləri Bölməsinin struktur rəhbərləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri də iştirak ediblər.

 

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son zamanlar Bağda aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub. Mərkəzi Nəbatat Bağının direktoru Natiq Allahverdiyev elmi-tədqiqat müəssisəsində aparılan yenidənqurma və abadlıq, təcrübə işləri barədə AMEA rəhbərliyinə ətraflı məlumat verib.
Sonra AMEA prezidenti Biologiya və Tibb Elmləri Bölməsinin elmi-tədqiqat müəssisələrinin əməkdaşları ilə görüşüb. Akademiya rəhbəri AMEA-da bütün sahələrdə aparılan islahatlar barədə danışıb.

 

Görüşdə iştirak edən əməkdaşlar akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə aparılan islahat işlərini yüksək dəyərləndirərək AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]