Azərbaycanlı aparıcı "Love Radio"da debüt videosunu TƏQDİM ETDİ (+FOTO=2, +VİDEO)

Azərbaycanlı aparıcı "Love Radio"da debüt videosunu TƏQDİM ETDİ (+FOTO=2, +VİDEO)

Azərbaycanlı aparıcı "Love Radio"da debüt videosunu TƏQDİM ETDİ  

 

Azərbaycan şou biznesində Bəhruz Lətifi adı yeni olsa da, şou-biznesdə heç də yeni deyil. 2000-ci illərin əvvəllərində hələ yeniyetməykən o, məşhur "Crazy" qrupunda artıq rəqs edirdi. Və orta məktəbi bitirdikdən sonra xəyalını gerçəkləşdirmək üçün Bəhruz Lətifi Moskvaya gedib. Onun ən böyük arzularından biri televiziya və radioda işləmək olub və elə məhz bu arzusu naminə "Ostankino" Ali Televiziya Məktəbinə daxil olub. Sözügedən Ali Məktəbin diplomunu aldıqdan sonra isə Bəhru, Lətifi İqor Krutoyun "Krutoy Media Holdinq"ində işə düzəlib, uzun illər "Love Radio"da proqram direktoru və aparıcı kimi çalışıb.

 

Bu yaxınlarda isə Bəhruz şəxsi səbəblərdən dolayı Vətənə qayıdıb və Azərbaycan izdihamını fəth etməyə başlayıb - əvvəl aparıcı, indi isə müğənni kimi...

 

Sənətçi BEAT Music leyblində SUS debütünü təqdim etdi. Sözügedən debüt videoqraf Ruslan Paşayev tərəfindən lentə alınıb.

 

Bəhruz deyir: “Moskvada fəaliyyətim birbaşa şou-bizneslə bağlı idi. Mən tez-tez məşhur artistlər və qruplarla danışırdım, onların arasında ən çox sevdiyim A-Studio da var idi. Hər görüşdə qrupun aparıcı müğənnisi Keti Topuriya mənə deyirdi: “Sənin nə gözəl səsin var! Dinləmək və dinləmək istəyirsən! Niyə oxumursan?" Bədii rəhbər Bayqali Serkebaev isə həmişə onu dəstəkləyirdi: “Sən hələ oxumağa başlamamısan?! Nəyi gözləyirsən?! Sənin çox xoş tembrin var və bu oxumaqda ən vacib şeydir!" Onların əzmkarlığı məni şansdan istifadə etməyə inandırdı, aktyorluq və müğənnilik məktəbində oxumağa başladım... Bakıya qayıtdım və qərara gəldim ki, vətənimdə oxumağa hazıram..."
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]