Faiq İsmayılov: Azərbaycanın daxilinə saplanan xəncər: Laçın dəhlizi

Faiq İsmayılov: Azərbaycanın daxilinə saplanan xəncər: Laçın dəhlizi

Faiq İsmayılov: Azərbaycanın daxilinə saplanan xəncər: Laçın dəhlizi

 

Rusiya sülhməramlı qüvvələrinin, Rusiya, Azərbaycan, Ermənistan tərəfindən imzalanan üçtərəfli anlaşmalarının kobud çəkildə pozması Qarabağda təhlükəli situasiya yaradır. Kremlin Ermənistan Silahlı Qüvvələrinin Qarabağda yerləşdirilməsinə şərait yaratması və onları silah sursatla təmin etməsi, bəzi xarici ölkələrin dövlət strukturunda çalışan vətəndaşların Qarabağa yönləndirilməsi və eləcədə Fransada prezidentliyə namizəd qadının, Qarabağın Xankəndi və ətraf bölgələrinə səfərlərin yüksək səviyyədə təşkil edilməsi kimi digər qanunsuz hərəkətlər, Rusiya sülhməramlılarının bütünlüklə “qırmızı xətləri” keçdiyini göstərir.

 

Azərbaycanın Qarabağ bölgəsinə və Laçın “dəhlizinə” müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri 10 noyabr anlaşmasının tələblərini birmənalı şəkildə, yerinə yetirmir, üçtərəfli anlaşmanı bilərəkdən kobud şəkildə pozurlar. Bütün bunlara baxmayaraq, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun çıxışlarında Xankəndi və ətraf bölgədə müvəqqəti dislokasiya olunan rus sülhməramlıların sabitliyin təmin olunmasında önəmli rol oynadığını dəfələrlə vurğulanır.
 

Ümumi vəziyyət isə tam əksinə onu göstərirki, rus sülhməramlıları nəzarət etdikləri Azərbaycan ərazilərini terroristlərdən deyil, Azərbaycanın mülki vətəndaşlarından “qoruyur”. Necə olabilərki Rusiya, İran, Fransa, Ermənistan və digər ölkə vətəndaşları rusların nəzarət etdikləri Azərbaycan ərazilərinə sərbəst girib çıxa bilər. Amma Azərbaycan vətəndaşları Laçın, Əsgəran, Ağdərə, Xocalı, Xocavənd, Xankəndi şəhərlərinə və digər kənd və qəsəbələrə gedib öz doğma evlərini ziyarət edə bilməzlər. Niyə? Axı azərbaycanlılar bu ərazilərin sakinləri və ölkənin digər azsaylı xalqları ilə bərabərhüquqlu vətəndaşlarıdır.

 

Bu kimi faktlar Azərbaycanın gələcəkdə daha böyük təhlükələrlə qarşılaşacağından, Rusiyanın Qarabağla bağlı gizli planlarından xəbər verir. Yaxın keçmişimizdən şahidiyik ki, Rusiya “sülh”məramlılarının Gürcüstanda və Ukraynada nəzarət etdikləri ərazilərin sonda Rusiyaya birləşdirilməsi cəhdləri ilə tamamlandı. Bu təcrübə onu göstərmirmi ki, gələcəkdə rusların nəzarət etdikləri Qarabağ ərazilərinin Ermənistana birləşdirmək niyyəti olarsa, o zaman Laçın “dəhliz”indən istifadə oluna bilər.

 

10 noyabr anlaşmasının imzalanmasından bir ildən çox vaxt keçsə də, Rusiya “sülhməramlı”larının nəzarət etdikləri Azərbaycan ərazilərinə Azərbaycan vətəndaşlarının öz evlərinə qaytarılmasından söhbət belə getmir. Bu Rusiyanın sülhməramlı missiyaına kölgə salmırmı?

 

Azərbaycan Müzəffər Ordusu tərəfindən 44 günlük savaşda darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərinə Rusiya sülhməramlıları nəzarət etdikləri bölgərdə dəstək vermələri nədən xəbər verir? Rusiya sülhməramlı qüvvələrinin himayəsi sayəsində bu terrorçu erməni silahlı dəstələrinə təlimlərin keçirilməsi nədən xəbər verir? Bu gələcəkdə Azərbaycan vətəndaşlarına qarşı törədiləcək terror hadisələrinə zəmin hazırlamırmı?

 

Rusiya prezidenti Vladimir Putin NATO-dan şikayətlənərək bildirir ki, “NATO Rusiyanı həyasızcasına aldadıb”. Çünki bütün ciddi cəhdlərə baxmayaraq, NATO-nun Rusiya sərhədləri ətrafına yerləşməsi Kreml sahibini ciddi şəkildə qəzəbləndirir. Elə isə V.Putin üçtərəfli 10 noyabr anlaşmasındakı öz öhtəliklərini yerinə yetrməməsini nə ilə izah edə bilər? Bu Azərbaycanı aldatmaq kimi başa düşülə bilməzmi?

 

Kremlin bu fəaliyyəti belə bir fikir formalaşdırmırki Qarabağda və Laçın “dəhlizi”ndə rus “sülhməramlıları” Azərbaycanı aldatmağa cəhd edir. Bir müddət öncə Ermənistandan Laçın dəhlizi ilə Xankəndinə hərbi xidmət keçmək üçün göndərilən bir neçə erməni terrorçunun videosu yayılmışdı. Həmin videoda Ermənistan vətəndaşı olduqlarını açıq şəkildə etiraf edən erməni terrorçular bölgəyə Laçın dəhlizi üzərindən mülki geyimdə keçdiklərini etiraf edirdilər. Bundan bir müddət sonra isə Şuşa ətrafında Azərbaycan əsgərlərinin xidmət çəkdikləri əraziyə əl qumbarası atan bir erməni terrorçunu tutan rus “sülhməramlıları” onu Xankəndində azadlığa buraxdılar. İndi Rusiya tərəfi bu vəziyyəti necə izah edə bilər? Bu, Rusiya tərəfindən Azərbaycanın aldadılmasına cəhd deyilmi?

 

İmzalanmış üçtərəfli anlaşma və rəsmi öhdəliyin olmasına baxmayaraq, rus sülhməramlılar 10 noyabr 2020-ci ildən ötən müddət ərazində silahlı erməni terror dəstələrinin Azərbaycan ərazilərinə yerləşdirilməsinə şərait yaratdılar. Halbuki Rusiyanın erməni terror dəstələrinin Qarabağ bölgəsindən çıxarılması barədə öhtəliyi var. Bəs onda nədən rus “sülhməramlıları” Laçın “dəhlizi”nə üçtərəfli anlaşmaların tələblərinə uyğun şəkildə nəzarət etmirlər?

 

Fransada prezidentliyə namizədliyini irəli sürmüş Valeri Pekres adlı şəxs rus sülhməramlılarının dəstəyi və müşayəti ilə Xankəndiyə qeyri-qanuni səfər edir, beynəlxalq axtarışda olan terrorçu Araik Arutyunyanla görüşür, erməni terrorçularının qəbirləri üzərinə gül dəstələri qoyurlar. Bütün bunlardan məqsəd Minsk Qrupuna üzv olan dövlətlər ABŞ, Rusiya, Fransa tərəfindən, qondarma artsax “dövlətinin” hələ də yaşadığını, Dağlıq Qarabağ münaqişəsinin isə bitmədiyini dünyaya nümayiş etdirməyə çalışırlar.
 

Son bir il ərzində Laçın dəhlizindən rus sülhməramlıların nəzarəti altında Ermənistanın müdafiə və xarici işlər nazirləri, keçmiş prezidentləri, erməni deputatları və s. rəsmi şəxslər də maneəsiz keçiblər. Kremlin bütün bu yolverilməz davranışları Rusiyanın Azərbaycan ərazilərində yeni bir terror yuvası yaradılmasına edilən cəhdlər deyilmi? Bütün bunlar rus əsgərlərinin sülhməramlı missiyalarına və Rusiya Azərbaycan münasibətlərinə zərbə vurmurmu?

 

Heç bir dövlət o cümlədən Rusiya, keçmiş Dağlıq Qarabağ ərazisinə SSSRİ-nin mirası kimi baxmamalıdır. Qarabağ dağlıq hissəsiylə bərabər Azərbaycan Xalq Cümhuriyyətinin onlarla bölgələrindən biri olub. Azərbaycan SSSRİ-nin deyil AXC-nin varisidir. Azərbaycan ərazilərinin delmitasiyası və demokrasiyası da SSSRİ-dövrünün xəritələri ilə deyil Azərbaycan Xalq Cümhuriyyətinin xəritələri ilə müəyyənləşdirilməlidir. SSSRİ dövründə təsdiq edilmiş heç bir sənəd ölkənin taleyüklü məsələlərində hüquqi mahiyyət daşımamalıdır.

 

Mövcud situasiyanın yaratdığı “Laçın dəhlizi” sosial humanitar xarakterli olmaqla bərabər, Azərbaycanın nəzarəti altında Ermənisan mülki vətəndaşlarının maneəsiz gediş gəlişlərini təmin etməlidir. Azərbaycan əsgərinin simasında “xortdan” obrazı yaratmağa ehtiyac yoxdur. Guya “Laçın dəhlizin”nə Azərbaycan əsgərləri nəzarət etsələr ermənilərlə “qarşıdurma” yarana bilər” ideyasını səsləndirənlər, Azərbaycanda sülhün bərqərar olmasını istəməyən məkrli plan sahibləridir. Bu iddia sahiblərinə Gorus Qafan yolunun bir hissəsinə nəzarət edən Azərbaycan əsgərlərinin fəaliyyətlərindən Ermənistan vətəndaşları olduqca razı göründüklərini göstərmək yetər.

 

Azərbaycan sərhəddində “deşik” yaradan “Laçın dəhlizi” Azərbaycanın daxilinə uzanan zəhərli xəncər kimi görünür. Kimlərin gəlib-getdiyi, hansı yüklərin daşındığı bəlli olmayan bu ərazi Azərbaycanın təhlükəsizliyinə ciddi təhlükə yaradır. Mənim fikrimcə Laçın dəhlizi gələcəkdə Azərbaycanı yenidən ərazi itkisinə məruz qoymaq üçün düşünülmüş məkirli plandır. Təbii ki biz, Gürcüstanın Cənubi Osetiya, Abxaziya, Ukraynanın Krım, Donbas ərazilərinin talelərini unutmamalıyıq.

 

Güman edirəmki, Rusiya sülhməramlıları ilə bərabər, Azərbaycan ordusunun Laçın dəhlizinin bütün coğrafiyasına yerləşməsinin vaxtı artıq çatıb. Əgər Laçın dəhlizi Azərbaycan ordusunun nəzarəti altına keçərsə, o zaman Azərbaycan Ermənistan sərhədlərinin də tam qapanması demək olacaq. Laçın dəhlizi eyni zamanda Qərb siyasi dairələrinin siyasi istifadəsindən çıxarılmış olar.


Faiq İSMAYILOV
AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]