Lənkəranda İlham Əliyev-Davamlı inkişaf modelinin müəllifi mövzusunda elmi-praktik konfrans keçirilib- AZpress.AZ, Ağaddin Babayev (+FOTO=3)

Lənkəranda “İlham Əliyev-Davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib- AZpress.AZ, Ağaddin Babayev (+FOTO=3)

Lənkəranda “İlham Əliyev-Davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib-AZpress.AZ, Ağaddin Babayev (+FOTO=3) 

 

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və YAP Lənkəran şəhər təşkilatının birgə təşkilatçılığı ilə “İlham Əliyev-Davamlı inkişaf modelinin müəllifi” mövzusunda elmi-praktik konfrans keçirilib. AZpress.AZ xəbər verir ki, tədbirdə İcra hakimiyyətinin rəsmi şəxsləri, YAP ərazi ilk təşkilat sədrləri, Lənkəran Dövlət Universitetinin professor-müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Konfrans iştirakçıları əvvəlcə Mərkəzin foyesində Ümummilli lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. Daha sonra konfrans mərkəzin böyük akt zalında işinə davam edib.

 

Konfransı giriş sözü ilə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov açaraq 2003-cü ilin prezident seçkilərindən ötən müddət ərzində Azərbaycanın fasiləsiz olaraq dinamik şəkildə inkişaf etməsini ölkə Prezidenti İlham Əliyevin yorulmadan həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin, müdrik siyasi düşüncəsin bəhrəsi kimi səciyyələndirib. İcra başçısı sosial-iqtisadi və mədəni sahələrdəki nailiyyətlərlə yanaşı 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında qazandığı zəfərin də bu dinamik inkişafın yaratdığı iqtisadi gücün, qüdrətin hesabına əldə olunduğunu xüsusi vurğulayıb.

 

Bildirilib ki, cənab Prezidentin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində də mühüm işlər görülüb, sakinlərin rifahını, maddi-məişət şəraitini yaxşılaşdıran layihələr icra olunub. Bu müddətdə kənd təsərrüfatı, sənaye və) digər sahələrdə məhsul buraxılışı, əhalinin gəlirləri dəfələrlə artıb, ən müasir tələblərə cavab verən yol-nəqliyyat kommunikasiyaları açılıb, yaşayış məskənləri kütləvi şəkildə qazlaşdırılıb, elektrik təsərrüfatı yenilənib, çoxlu sayda istehsal müəssisələri, təhsil, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, minlərlə iş yerləri açılıb. Bütün bu nailiyyətlərin müəllifi cənab prezident İlham Əliyevin olduğu davamlı inkişafın parlaq nəticələri kimi hər rayon sakinini hədsiz sevindirdiyini və bu sevincin nümayişi olaraq cənab Prezidentin 60 illik yubileyinin rayonda böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdıran İcra başçısı rayon ictimaiyyəti adından cənab Prezidenti ad günü münasibətilə təbrik edərək ən xoş arzularını səsləndirib.

 

Tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədrinin səlahiyyətlərini icra edən, İcra başçısının birinci müavini Möhübbət Babayev “İlham Əliyev-Davamlı inkişaf modelinin müəllifi” mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında müzakirələrdə çıxış edən “Lənkəran” qəzetinin baş redaktoru, rayon Veteranlar təşkilatının sədri Əlimərdan Əliyev, rayon Ağsaqqallar Şurası sədrinin müavini Güloğlan Bağırov və digərləri fikir və mülahizələrini bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]