Azərbaycanın görkəmli xalçaçı-rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=7)

Azərbaycanın görkəmli xalçaçı-rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=7)

Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli xalçaçı-rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (AZpress.AZ-ƏLİHÜSEYN ŞÜKÜROV təqdim edir +FOTO=7)

 

Dekabrın 21-də Masallı rayon Heydər Əliyev Mərkəzində “Xalq rəssamı Kamil Əliyevin-Xalçaçılıq sənətinin parlaq ənənəsi” mövzusunda tədbir keçirilib.

Pandemiya şəraitində nəzərdə tutulan qaydalar üzrə keçirilən tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi iştirak edib.

Tədbirdən əvvəl Vətən müharibəsində həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin fond mühafizi Gülcahan Vəkilzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 12-də “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. G. Vəkilzadə bu Sərəncamın Azərbaycan xalçaçılıq sənətinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində mühüm xidmətləri olan Kamil Əliyevin fəaliyyətinə verilən yüksək qiymət olduğunu bildirib. O, qeyd edib ki, Kamil Əliyevin yaradıcılığında süjetli xalılar və portret-xalçalar aparıcı mövqe tutur. Kamil Əliyevin müəllifi olduğu portret xalçalarda ulu öndər Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlərin, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər görkəmli ədiblərin əks olunması rəssamın tariximizə, mənəvi dəyərlərimizə bağlılığının təzahürüdür.

Mərkəzin 3D kinozalında Azərbaycan Milli Xalça Muzeyinə həsr edilmiş videoçarxın nümayişi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

ƏLİHÜSEYN ŞÜKÜROV.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]