MEK-də Abuzər Xələfov-90 adlı sərgi keçirilir

MEK-də Abuzər Xələfov-90 adlı sərgi keçirilir

 MEK-də Abuzər Xələfov-90 adlı sərgi keçirilir

Respublikada kitabxanaşünaslıq elminin banisi, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfovun 90 illik yubileyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.

Sərgidə görkəmli kitabxanaçı Abuzər Xələfovun müəllifi olduğu nəşrlər, jurnallar, eləcə də alimin məqalələrinin yer aldığı materiallar nümayiş etdirilir. Bunların sırasında Abuzər Xələfovun həyat və yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuş “Biblioqrafik məlumat kitabı” (2011), ümummilli lider Heydər Əliyevin azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətlərindən bəhs edən “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (2006), kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri, eləcə də kitabxana işi və mədəniyyət tarixi sahəsində araşdırmalar aparan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün faydalı bir elmi mənbə olan “Azərbaycanda kitabxana işinin tarixi” (2010) dərsliyi, “Kitabxana və cəmiyyət”, “Bakı Dövlət Universitetinin elmi kitabxanası 90 il elm və təhsilin xidmətində” (2009) monoqrafiyaları, “Biblioqrafik məlumat kitabı” (2006) və s. yer alıb. Bundan əlavə Abuzər Xələfovun təsisçisi və baş redaktoru olduğu “Kitabxanaşünaslıq və informasiya” elmi-nəzəri və praktiki jurnalın nömrələri də sərgidə öz əksini tapıb.

Məlumat üçün bildirək ki, Abuzər Alı oğlu Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda - Göyçə mahalında anadan olub. O, Sovetlər Birliyində kitabxana işi üzrə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alimdir. A.Xələfov böyük alim, səriştəli pedaqoq-müəllim, təcrübəli rəhbər işçi, fəal ictimai xadim olub. Onun səmərəli elmi-tədqiqat fəaliyyəti həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanmışdır. Professor Xələfovun fəal iştirakı ilə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” hazırlanmışdır. Alim 2020-ci il aprelin 27-də 89 yaşında vəfat edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]