Lənkəran teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub – AZpress.AZ, Ağaddin BABAYEV, (FOTO+9)

Lənkəran teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub – AZpress.AZ, Ağaddin BABAYEV, (FOTO+9)

 Lənkəran teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub

– AZpress.AZ, Ağaddin BABAYEV, (FOTO+9)

 

Lənkəran Dövlət Dram Teatrının kollektivi məktəbyaşlı tamaşaçılarını Yeni il ərəfəsində və bayram günlərində yeni səhnə əsəri ilə sevindirəcək. Teatrın aktyorları bu dəfə uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Qar dənəcikləri” pyesinin tamaşası ilə gəlib.
Dekabrın 18-də premyerası keçirilən bu səhnə əsərində Yeni ili qarşılamağa hazırlaşan balaca nağıl qəhrəmanlarının başına gələn əhvalatlardan söz açılır. Yeni ilin gəlişinə saatlar qalıb. Nağıl qəhrəmanları yeni ilə qarşılamaq üçün toplaşıblar. Amma Qar nənə sehirli almaz çomağı ilə uşaqları vurub Arktikanın buz səhralarına salır. Buz səhrasında dözümlülük, səbr göstərmələrinə baxmayaraq uşaqlar soyuqdan donmaq təhlükəsi ilə üz-üzə qalırlar. Özünü vaxtında çatdıran Şaxta baba nağıl qəhrəmanlarının həyatını xilas edir. Uşaqlar da öz növbəsində Qar nənənin qəsrinə gələrək, onun sehirli çomağını məhv etməklə Qar qızı azad edirlər. Sonda Yeni ili arzu etdikləri kimi keçirirlər.
Maraqla qarşılanan tamaşanın quruluşçu rəssamı Rza Rzazadə, bəstəkarı Teymur Gözəlov, səs rejissoru Fərahim Fərəcovdur.
Rolları teatrın aktyorlarından Allahverən Babayev, Gülər Kərimli, Rauf Zeynalov, Şəbnəm Hüseynova, Emil Rzayev, Aysel Cahangirova, Vəfa Hacızadə, Teymur Hacızadə və Amil İbrahimi ifa edirlər.
Ağaddin BABAYEV

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]