Fərqli Olaraq adlı fərdi sərginin təqdimatı keçirilib (AZpressAZ -B.Əqdəs, +FOTO=26)

“Fərqli Olaraq” adlı fərdi sərginin təqdimatı keçirilib (AZpressAZ -B.Əqdəs, +FOTO=26)

“Fərqli Olaraq” adlı fərdi sərginin təqdimatı keçirilib (AZpressAZ -B.Əqdəs, +FOTO=26)

 

Fərqli Olaraq

Həyat özünü tapmaq deyil. Həyat özünü yenidən yaratmaqdır.

Corc Bernard Şou

 

 

Paytaxtda yerləşən “Qız Qalası” Qalereyası (QGallery) Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə əməkdaşlıq çərçivəsində “FərqliOlaraq” adlı fərdi sərgini təqdim edir. Sərgi zamanı gənc və istedadlı rəssam, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Leyla Əzimbəyovanın 38 rəsm əsəri nümayiş etdiriləcək.

 

“Fərqli Olaraq” Leyla Əzimbəyovanın şəxsi kosmoqrafiyasıdır. Leylanın rəsm əsərləri emosiyalarımızı olduqca qısa zaman ərzində ifadə edir. Rəssam qeyri-adi hadisələrin baş verdiyi və baş vermək üzrə olduğu kiçik mikro dünyalar yaratmaq üçün öz rəsmlərindən istifadə edən bir hekayətçidir. Bu sərgidə həyat eşqi mövzusuna xüsusi diqqət yetirilir. Həyat eşqi emosiyalarımız arasında ən güclü, eyni zamanda da ən zərif olanıdır.

 

Leyla Əzimbəyova forma və ənənələrə hörmətlə yanaşır, rəssamın sənəti hədsiz enerji ilə doludur, əsərləri vasitəsilə fırça ustası bizi sonsuz müzakirələrə çağırır və eyni zamanda təsəvvür üçün boşluq saxlayır. Onun rəsmlərində, portretlərində və bu əsərlərdə yaratdığı obrazlarda zamanın axıb getməsi kəskin şəkildə hiss olunur və nəticədə təbii səhnələr parlaq şəkildə təsvir olunur.

 

“Fərqli Olaraq” sərgisi bizi rəssamın xəyallarının təfsiri ilə reallaşan təxəyyülü vasitəsilə həyəcanlandırıcı rəsm səyahətinə dəvət edir.

 

Rəssamın sentimental natürmortları, portretləri və peyzajlarının arxasında mövcudluğun digər formalarının əbədi təsvir üsulu dayanır.

 

Leyla Əzimbəyovanın istəyi ilə sərgidə təqdim edilən əsərlərin yarısı satışa çıxarılacaq və onların satışından əldə edilən vəsaitlər “YAŞAT” Fonduna köçürüləcək.

Sərgi 2021-ci il 25 dekabr (daxil olmaqla) tarixinədək davam edəcək.

Əqdəs Bağırzadə

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]