Akif Ağayev: Masallı Ağsaqqallar Şurasında Zəfər Günü münasibətilə tədbir keçirilib +FOTO=8

Akif Ağayev: Masallı Ağsaqqallar Şurasında Zəfər Günü münasibətilə tədbir keçirilib +FOTO=8

Akif Ağayev: Masallı Ağsaqqallar Şurasında Zəfər Günü münasibətilə tədbir keçirilib +FOTO=8

 

Masallı Rayon Ağsaqqallar Şurasında 8 Noyabr – Zəfər Günü ilə bağlı tədbir keçirilib.

 

Əvvəlcə şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, yenilməz Ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsilə haqq-ədaləti bərpa edib, 30 illik həsrətə son qoyduq...

 

Vaxtaşırı olaraq şəhidlərin anım günləri, ildönümü mərasimləri, vətənpərvərlik mövzusunda tədbirlərin keçirildiyini diqqətə çatdıran Şura sədri tədbir iştirakçılarını, xalqımızı Zəfər bayramı münasibətilə təbrik edib.

 

Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, Müharibə, Əmək və Silahlı Qüvvələr (MƏSQ) Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktor müavini Nailə Əsədullayeva, Masallıda məskunlaşan şuşalı, şəhid Sakit Tağıyev adına 4 nömrəli şəhər tam orta məktəbinin çağırışaqədərki hazırlıq rəhbəri Rafiq Abbasov, «Yeni həyat» qəzetinin baş ədəbi işçisi Akif Ağayev qədim yurd yerimiz Şuşanın xilası ilə böyük Qələbəyə yol açıldığını qeyd edərək, tarixə qızıl hərflərlə yazılan Zəfər gününün əhəmiyyətindən, işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən ətraflı danışıblar.

 

Birinci Qarabağ müharibəsinin iştirakçıları – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Masallı rayon şöbəsinin sədri Cəmil Məmmədov, 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Rəfail Hüseynovun atası Teymur Hüseynov bütün igidlərimizlə, canlarını Vətən uğrunda fəda edən qəhrəmanlarımızla hər zaman fəxr edildiyini vurğulayıblar.

 

Tədbirdə Digah tam orta məktəbinin 2-ci sinif (sinif “Azərbaycan Bayrağı” ordenli şəhid Araz Seyfullayevin adını daşıyır) şagirdi Elmira Abbasova “Qarabağ Azərbaycandır” şeirini söyləyib.

 

Ehtiyatda olan polis polkovnik-leytenantı M.Şiriyev şəhid atası Teymur Hüseynova, jurnalist-publisist Akif Ağayevə MƏSQ veteranlar təşkilatının Fəxri fərmanlarını təqdim edib.

 

Tədbir iştirakşıları Masallı şəhər Qəhrəmanlar Parkındakı Şəhidlər abidə-komleksini ziyarət edərək, önünə tər güllər düzüblər.

 

Akif VAQİFOĞLU,

MASALLI.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020
 e-mail:  [email protected]